Belçika dünyada ilk dəfə Rusiyanın 1,7 milyard dondurulmuş aktivlərini dəstək məqsədilə Ukraynaya verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin baş naziri Aleksandr De Kroo Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
Onun sözlərinə görə, bu məqsədlə xüsusi olaraq yaradılan fond Rusiya pullarının müsadirəsi hesabına doldurulacaq.
“Pul vəsaiti hərbi məsələlər, humanitar yardım, Avropanın Ukraynaya yardım paketi üçün sərf olunacaq”.
Bizim.Media