Paşinyanın RUSOFOBİYASI – Nikol sülhməramlıların Ermənistana getməsindən NİYƏ QORXUR?

Hazırda oxunan: Paşinyanın RUSOFOBİYASI – Nikol sülhməramlıların Ermənistana getməsindən NİYƏ QORXUR?

159398

İrəvanda mitinqlərin səngiməsi sanki Nikol Paşinyana əlavə nəfəslik verdi. Yaranmış vəziyyəti fürsət bilən erməni baş nazir ötən gün Ermənistanın İctimai Televiziyasına geniş müsahibə verib. 

Əslində bu müsahibə ilə Paşinyan ölkəsinin mövcud durumu barədə dolğun mənzərə yaratmaq istəyib.

Lakin, Paşinyanın bir-birini təkzib edən və rabitəsiz fikirləri mənzərəni daha da tündləşdirib. Bununla da Ermənistan Baş nazirinin nə demək istədiyi qaranlıq olaraq qalıb. 

Məsələn, Paşinyan Rusiyanın Qarabağda müvəqqəti məskunlaşan sülhməramlılarının Ermənistana köçürülməsi ehtimalından danışıb. O bildirib ki, əgər Qarabağdakı sülhməramlılar regionu tərk etsələr, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiya Federasiyasına qayıtmalıdırlar. 

Paşinyanın bu fikrində və arzusunda bir məntiqsizlik var

Əvvəla ona görə ki, 2020-ci ilin noyabrında Rusiya Sülhməramlıları Ermənistan ərazisindən Qarabağa daxil oldu. Həmin sülhməramlı kontingentin bir hissəsi Rusiyanın Ermənistanın Gümrü bölgəsindəki 102-ci hərbi bazasının heyəti olduğu bildirilirdi. Hətta o zaman Azərbaycandakı bəzi ekspertlər sülhməramlı dəstələrin Ermənistandakı hərbi bazadan gətirilməsi əleyhinə çıxış etdi. 

Cavab olaraqsa ermənilər bunu özlərinin uğuru kimi qeyd etdilər. Bu kontekstdən çıxış etsək, Qarabağdakı sülhməramlı qüvvələrin dislokasiya yerini yenidən Ermənistana dəyişməsində qanuna və məntiqəzidd bir şey yoxdur.
Üstəlik, bu günə qədər sülhməramlıların maddi-texniki təminatı Ermənistan üzərindən, konkret olaraq 102-ci hərbi baza tərəfindən həyata keçirilir. Ona görə də Paşinyanın narahatlığı əbəs, arqumenti isə əsassızdır.

Ermənistan KTMT-nin üzvüdür

Qeyri-KTMT üzvü olan ölkədən çıxarılan hərbi hissələr ilk növbədə quruma üzv olan ən yaxın ölkədə yerləşdirilməlidir. Bunu bilmək üçün heç siyasətçi kimi düşünmək də lazım deyil. Çünki, bu sadə riyazi hesablama, çılpaq reallıqdır. 

Bəs, Ermənistandakı 102-ci ordu necə olacaq?

Nəzərə alaq ki, Ermənistanın cənub sərhədlərini Rusiyalı hərbçilər qoruyur. Ona görə də Paşinyan sülhməramlı kontingentin Ermənistan ərazisinə köçürülməsi planının qarşısını almaq barədə fikir yürütməkdənsə, cənub sərhədləri barədə düşünsə daha məntiqli olardı. Çünki Paşinyan təkcə sülhməramlı kontingentin yox, həm də 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasının xəyalını qurur. 

Bu xəyalı qurmazdan əvvəl Paşinyan cənub sərhədlərinin təhlükəsizlik problemini həll etməlidir. Bundan sonra isə ruslara “çıxın” deməlidir. Üstəlik, “çıx” demək üçün birinci hüquqi prodsedur keçilməlidir.

Ermənistan parlamenti ilk növbədə KTMT-dən çıxmaq barədə 2/3 səs çoxluğu ilə qanun qəbul etməlidir. Bundan sonra bu qanun Ermənistan rəhbərliyi tərəfindən təsdiq edilməlidir. Yalnız bu halda KTMT-dən çıxmaq haqqında danışmaq olar. 
Hələ o da şübhəlidir ki, Paşinyanın parlamentdə belə bir sənədin qəbuluna nə qədər gücü çata bilər. Bu da ciddi problemdir. Ona görə də Paşinyanın dünən söylədikləri reallıqlardan yox, rusafobiyanın doğan fikirlərdir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin