“Azərbaycan Ermənistanın ərazi iddialarından çəkinəcəyini gözləyir” - XİN 

Hazırda oxunan: “Azərbaycan Ermənistanın ərazi iddialarından çəkinəcəyini gözləyir” - XİN 

159377

“Sentyabrın 20-də ölkəmizin ərazisindən erməni silahlı qüvvələrinin və Ermənistanın yaratdığı separatçı rejimin qalıqlarını təmizlədikdən sonra bölgədə sülh üçün böyük imkanlar yarandığını dəfələrlə bəyan edən Azərbaycan, eyni zamanda, Ermənistanın ölkəmizə və digər qonşularına qarşı ərazi iddialarından və müdaxilədən çəkinəcəyini gözləyir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azayacan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın “Birinci kanal”a müsahibəsi zamanı səsləndirdiyi iddialara dair şərhində qeyd edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakıdan Paşinyana CAVAB: "Ermənistan tarixdən dərs çıxarmayıb"


“Azərbaycanın guya “Avropa Siyasi Birliyi”nin Qranada görüşündə iştirakdan imtina etməsinin səbəbinin ölkəmizin sülhə hər vəchlə mane olması kimi qələmə verən Ermənistan tərəfinə ötən ilin dekabrından etibarən Ermənistanın heç bir səbəb olmadan müxtəlif platformalarda iştirakdan yayındığı faktlarını xatırlatmaq istərdik.
Ermənistandan fərqli olaraq, Azərbaycan Ermənistanın uzun müddət heç bir rəy vermədiyi sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olduğu, bütün platformalarda hər bir vasitəçinin səylərinə daim hörmətlə yanaşdığı hər kəsə məlumdur”, - deyə açıqlamada qeyd olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin