Şimali Koreya yeni avtobus istehsal etdi – İlk sərnişini Kim Çen İn oldu - FOTO

Hazırda oxunan: Şimali Koreya yeni avtobus istehsal etdi – İlk sərnişini Kim Çen İn oldu - FOTO

15936

Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn 8-ci çağırış Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin ikinci plenumu ilə bağlı işin çoxluğuna baxmayaraq nəqliyyat problemlərini həll etmək üçün hazırlanmış yeni avtobusu şəxsən yoxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ÇTAK dövlət xəbər agentliyi yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Kim Çen İn Yaponiyaya raket atdı - FOTO  


Qeyd olunur ki, Şimali Koreya lideri paytaxtın görünüşünə uyğun və sərnişinlər üçün əlverişli çox sayda avtobus istehsal edilməsinə göstəriş verib.

O, təqdimetmə mərasimində vurğulayıb ki, partiya bu məsələdə aktiv dəstək verəcək.

Xatırladaq ki, əvvəllər Kim Çen İn Koreya İşçi Partiyasının qurultayında KXDR-in "beş illik" iqtisadi inkişafının tamamilə uğursuz olduğunu elan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin