Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Baş nazir Nikol Paşinyanın köməkçisi Anna Vardapetyana qarşı cinayət işi açmayacaq.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “News.am” saytı respublikanın MTX-nın mətbuat xidmətinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Qarabağla bağlı Putinə zəng etdi – İNDİ NƏ İSTƏYİR?
Xatırladaq ki, əvvəllər mediada Ermənistan Baş nazirinin hüquqi məsələlər üzrə köməkçisi Anna Vardapetyanın respublika parlamentinin keçmiş deputatı, Ermənistan Futbol Federasiyasının sabiq rəhbəri Ruben Ayrapetyan və onun oğlu Rafik Ayrapetyan barədə cinayət işinin istintaqına necə müdaxilə etdiyi barədə video yayımlanmışdı.
Videoda Vardapetyanın materiallara necə düzəlişlər etdiyi görsənir. Artıq Baş Prokurorluq bu videonu araşdırır və 19 martda Ruben Ayrapetyanın yaşlı atası İstintaq Komitəsinə çağırılıb.
Bu arada, 17 martda Ayrapetyanın vəkili Amram Makinyan Baş nazirin köməkçisi Anna Vardapetyanın işi ilə bağlı izahat vermək üçün MTX-ya dəvət edilib.
Xatırladaq ki, İstintaq Komitəsi Ayrapetyana və onun oğlu Rafik Ayrapetyana qarşı cinayət işi açıb. Sonra iş adamı axtarışa verilib.
İstintaqa görə, Federasiyanın sabiq prezidenti, Ermənistan parlamentinin keçmiş deputatı Ruben Ayrapetyan, oğlu Rafik və dostları “Arsnakar” restoranının direktoru A.Ş.-nı döyərək onu ələ salıblar.
Bizim.Media