"Rob-Serg-daşnaklar (Robert Köçəryan və Serj Sarkisyan nəzərdə tutulur) mənə və komandamın uşaqlarına qarşı aktiv hücuma başlayıblar. Qoy yaşasınlar, bütün xalqa göstərsinlər ki, Qarabağ ermənilərinə düşməndirlər, halbuki biz bunu həmişə bilirdik. Milyardların üstündə oturub tərpənmədilər, hətta əl sıxmağa, təşəkkür etməyə belə getmədilər”.
Bizim.Media xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan Facebook-da yazıb.
“Belə qərara gəldilər ki, məqsədləri Ermənistanı və erməniləri qarət etmək, onların əleyhinə nəsə yazan hər kəsi gözdən salmaqdır. Qoy bunu etsinlər, qara piarla məşğul olsunlar. Mənim adım bütün ölkəyə yayılsın, axırda görəcəyik ki, kim namuslu, kim xarici agentdir.
Müxalifəti bir daha xəbərdar etmək istəyirəm ki, ölkə sizdən təmizlənəcək. Özünüzü həbsxana kamerasında tapacaqsınız, başqa seçiminiz yoxdur.
Əmlakınızı satın, hələ buna vaxt var, ölkədən qaçın. Robert, Serj və qalanları yavaş-yavaş əmlak məsələlərinizə diqqət yetirin, çünki tezliklə mən bununla məşğul olcağam, sizin inanılmaz sərvətlərə sahib olduğunuzu ictimaiyyətə göstərəcəyəm. O zaman qarabağlılar görəcəklər ki, onların real pulları haradadır.
Mən Qarabağ ermənilərini 30 il ərzində necə aldadıb soyduğunuzu nöqtə-nöqtə göstərəcəyəm. Onda soydaşlarınıza dolğun cavab verəcəksiniz.
Məni qorxutmaq, sıradan çıxartmaq və ya dayandırmaq mümkün deyil. Sona qədər gedəcəyəm və həmyerlilərimin köməyi ilə maskalarınızı qoparacağam. Kifayətdir”, deyə bloger qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:33 / 11.10.2023
Erməni bloger Köçəryan və Sarkisyana səsləndi: "Yeriniz həbsxanadır"
Hazırda oxunan: Erməni bloger Köçəryan və Sarkisyana səsləndi: "Yeriniz həbsxanadır"
Hazırda oxunan: Erməni bloger Köçəryan və Sarkisyana səsləndi: "Yeriniz həbsxanadır"
159328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.