Azərbaycan boksçusu Avropa Kubokunda növbəti mərhələyə yüksəldi

Hazırda oxunan: Azərbaycan boksçusu Avropa Kubokunda növbəti mərhələyə yüksəldi

159317

Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda 1/4 finala yüksəlib.

Bizim.Media Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda ispaniyalı Adrian Krusa qalib gəlib.

Döyüş İsgəndərovun 4:0 (29:27, 28:28, 29:27, 29:27, 29:26) hesablı üstünlüyü ilə yekunlaşıb. O, 1/4 finalda Canluici Malanqa (İtaliya) ilə üz-üzə gələcək. Görüş oktyabrın 12-də keçiriləcək.

Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə 4 boksçumuz rinqə çıxacaq. Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5 kq) Lunes Hamraui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kq) Qabriel Debaniçlə (Xorvatiya), Eldar Quliyev (86 kq) isə Aleksey Alfiorovla (Belarus) döyüşəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin