Ülvira: “Plastik əməliyyatlardan sonra anam məni tanımadı” - VİDEO

Hazırda oxunan: Ülvira: “Plastik əməliyyatlardan sonra anam məni tanımadı” - VİDEO

159316

Aparıcı Ülvira Qarayeva ilk dəfə keçirdiyi plastik və estetik əməliyyatlarından söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Ülvira aparıcısı olduğu “Günə son” ictimai-sosial verilişdə danışıb. 

Qarayeva bildirib ki, əməliyyatdan sonra evə gələndə anası onu tanımayıb: 

“Plastik əməliyyatdan ilk dəfə çıxanda anam mənə baxıb dedi ki, sən kimsən? Cavab verdim ki, bir mənə bax, gör (gülür). Amma ikinci sözü oldu ki, mən səndən yaxşısını dünyaya gətirmişdim. Mən dünyaya gətirdiyim qızım səndən gözəl idi”. 
Qeyd edək ki, aylar əvvəl gözəlləşmək üçün beşinci dəfə cərrah masasına uzanan aparıcı üzgərmə, alıngərmə, buxaq “liposaksiya”sı, göz qapaqlarının formasını dəyişdirmək “blefaroplastika” əməliyyatını etdirmişdi. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin