İsrail ordusu HƏMAS komandirinin atasını, qardaşını və uşaqlarını öldürdü - VİDEO

Hazırda oxunan: İsrail ordusu HƏMAS komandirinin atasını, qardaşını və uşaqlarını öldürdü - VİDEO

159314

İsrail ordusu “Əl-Qəssam briqadaları" qruplaşmasının komandiri Məhəmməd Əd-Deyfin evinə hücum edib. 

Bizim.Media “Haaretz” qəzetinə istinadən xəbər verir ki,  hücumda onun atası, qardaşı, uşaqları və digər qohumları öldürülüb.

Al-Mayadeen telekanalı ailənin dağıntılar altında olduğunu, ancaq Əd-Deyfin yalnız qardaşının öldüyünü təsdiqləyir. Komandirin özünün harada olduğu məlum deyil.

Qeyd edək ki, son bir neçə il ərzində Məhəmməd Əd-Deyf İsrail ordusu tərəfindən edilən yeddi cəhddən sağ çıxıb. 

2014-cü ildə İsrailin hava bombardmanı Əd-Deyfin yeddi aylıq oğlu və üç yaşlı qızının həyatı bahasına başa gəlib.

Reuters mənbələri iddia edirlər ki, HƏMAS-ın İsrailə hücumunu hazırlayan məhz Əd-Deyf olub.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin