Nazilə yenə də Fatiməyə məhkəmədə qalib gəldi: "Üzr istəyəcək!" - FOTO

Hazırda oxunan: Nazilə yenə də Fatiməyə məhkəmədə qalib gəldi: "Üzr istəyəcək!" - FOTO

159270

Şairə Nazilə Səfərli növbəti dəfə qalmaqal yaşadğı rəqqasə Fatimə Fətəliyevaya qalib gəlib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Nazilə sosial şəbəkə hesabında Bakı Apellyasiya Məhkəməsinin onun vəkili Fuad Bədəlova göndərdiyi məhkəmə sənədinin fotosunu yayımlayıb.

Sənəddə bunlar öz əksini tapıb:

"İddiaçı Cəfərova Nazilə Bəhlul qızının cavabdeh Fətəliyeva Fatimə Xosrov qızına qarşı şərəf və ləyaqətin ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin əvəzinim ödənilməsi tələbinə dair mülki iş sizə göndərilir. Hörmətlə hakim: Məhəmməd Rüstəmli". 

Nazilə sözügedən paylaşıma isə bu sözləri yazıb:

"Heç kimin üzərindən zəfər çalmaq qürurlandırmaz məni. Hər kəs ağzına yiyəlik etsin. Bir söz danışanda ehtiyyatlı olun. Sizin bir sözünüzlə ailə dağıla, insan ölə bilər. Sözlə ehtiyyatlı olun. Fatimə də sözünün acizi oldu. Söylədiyi sözlərin mənə aid qismi tamamilə yalan, şər və böhtan çıxdı. Üzr istəyəcək və təkzib edəcək".  
Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Lakin Fatimə qarşı tərəflə yaşadığı qalmaqalda özünü haqlı bilərək, apelyasiya məhkəməsinə müraciət edib.        


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin