ABŞ-ın Azərbaycandakı səfirliyi Qafqaz danışıqları üzrə baş müşavir Lui Bononun Bakıya səfəri barədə paylaşım edib.
Bizim.Media xəbər verir ki, səfirliyin “X” (tvitter) səhifəsində paylaşılan məlumatda deyilir:
"Dünən Bakıda olarkən Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın Cənubi Qafqazda davamlı və layiqli sülhün əldə edilməsində tərəflərə dəstəyini müzakirə etmək üçün yüksək səviyyəli rəsmilərlə görüşüb. Uzun müddətdir davam edən bu münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoq vacibdir".
Bizim.Media