Xəbər verildiyi kimi, cari il aprelin 6-da Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sabunçu rayon prokurorluğu yayıb.
İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, öldürülən şəxs iş adamı, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:53 / 10.10.2023
Tanınmış modelyerin atasının qətli ilə bağlı istintaq tamamlandı: Öldürüb quyuya ATIBLAR
Hazırda oxunan: Tanınmış modelyerin atasının qətli ilə bağlı istintaq tamamlandı: Öldürüb quyuya ATIBLAR
Hazırda oxunan: Tanınmış modelyerin atasının qətli ilə bağlı istintaq tamamlandı: Öldürüb quyuya ATIBLAR
159202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.