Mobil telefonların idxalı ilə bağlı YENİ QAYDA – QİYMƏTLƏR UCUZLAŞACAQ?

Hazırda oxunan: Mobil telefonların idxalı ilə bağlı YENİ QAYDA – QİYMƏTLƏR UCUZLAŞACAQ?

159187

Ötən həftə Milli Məclisə daxil olan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələrinin azaldılması nəzərdə tutulub.

Dəyişikliklə satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına aşağıdakı dövlət rüsumu dərəcələri tətbiq ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Telefonların qeydiyyatına görə rüsum AZALDILIR 


Yeni tariflər:

1. Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar - 15 manat.

2. Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 20 manat;

3. Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 30 manat;

4. Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 40 manat;

5. Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 50 manat;

6. Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 70 manat;

7. Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 100 manat.

Bəs rüsumların aşağı salınması ölkədə nəyi dəyişəcək?

Mövzu il bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimov, bu qanun layihəsinin müasir dövrün tələblərinə uyğun olduğunu bildirib.

Ekspert mobil telefonların gətirilməsi ilə bağlı sadələşdirmələrin vacib olduğunu qeyd edib:

“Rüsumların azaldılması ilk növbədə şaxələnmiş qaydada müxtəlif mobil cihazların ölkəyə daxil olmasına şərait yaradacaq. Digər tərəfdən isə insanların bütün sahələrdə maariflənməsinə təsir edəcək və bütün texniki təminat vasitələrinin ölkəyə daxil olmasını sərbəstləşdirəcək. Təbii ki, nəzarətin və təhlükəsizliyin təmin olunması baxımından qeydiyyatın olması vacibdir. Rüsumun azaldılması bu sektorda müasirliyə doğru atılan bir addımdır”.

Qanun layihəsi qəbul olunarsa...

Ekspertin sözlərinə görə, qanun layihəsi qəbul olunarsa, ilk növbədə müxtəlif markalı, əsasən də yeni və qabaqcıl mobil telefonların ölkəyə daxil olmasına şərait yaranacaq: 
 

“Eyni zamanda, keyfiyyətli telefonların gətirilməsini stimullaşdıracaq, çoxşaxəlilik yaradacaq və satışı da rahat olacaq. Hazırkı rüsumlar çox yüksəkdir ki, həmin məhsulların baha olmasına səbəb olurdu”. 

Rövşən Ziya, Bizim. Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin