Xəbər verdiyimiz kimi, Azərbaycan oktyabrın 5-də baş tutan Qranada görüşündə iştirak etməkdən imtina edib. Bunun əsas səbəbi isə, Azərbaycanın tələbinə baxmayaraq, Türkiyənin müzakirələrdə iştirak etməsinə yaradılan maneə olub.
Bəs, Azərbaycanın bu addımına ABŞ-da münasibət necədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Pol Qobl Qranada danışıqlarında Türkiyənin iştirakının təsdiqlənməməsinin səbəbini açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzurda puç olan ÜMİDLƏR – Ermənistan tarixi şansı necə BOŞA VERDİ?
Politoloq həmçinin Ermənistanda Paşinyana qarşı etiraz aksiyalarına da münasibət bildirib:
“Azərbaycan birmənalı şəkildə Türkiyənin orada olmasını istəyir. Türkiyə Aİ üzvü olmadığı üçün danışıqlarda iştirakı təsdiqlənməyib. Aİ formatına qayıdış belə bunu dəyişməyəcək.
Ermənistandakı etirazlara gəldikdə isə, əhali Paşinyana meydan oxumaqda davam edəcək.
Lakin o, bu böhrandan hazırda olduğundan daha güclü çıxa bilər. Çünki qondarma Qarabağ mafiyası zəifləyib”, - deyə P.Qobl əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media