"Cənubi Qafqazda dinc həyat qurulmasının vaxtı gəlib çatıb" - Lavrov

Hazırda oxunan: "Cənubi Qafqazda dinc həyat qurulmasının vaxtı gəlib çatıb" - Lavrov

159171

"Bakı ilə İrəvan tərəfindən iki ölkənin suverenliyinin qarşılıqlı şəkildə tanınmasının ardından Cənubi Qafqazda dinc həyat qurulmasının vaxtı gəlib çatıb".

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 10-da dərc olunmuş “BMT Nizamnaməsinin prinsiplərinə onların bütün məcmusu və qarşılıqlı əlaqələri ilə əməl edilməsi beynəlxalq sülhün və sabitliyin rəhnidir” adlı məqaləsində yazıb.

Rusiyalı nazir hesab edir ki, hazırda Brüssel öz siyasi ambisiyaları fonunda Azərbaycan və Ermənistana “vasitəçilik xidmətləri” üzrə şərtlərini diktə edir və Vaşinqtonla birlikdə Cənubi Qafqaza qeyri-sabitlik gətirir.
Sergey Lavrov qeyd edib: “İrəvan və Bakı rəhbərlərinin öz aralarında iki ölkənin suverenliyinin qarşılıqlı olaraq tanınması məsələsinin nizamlandığı bir şəraitdə dinc həyat qurulmasının, etimadın möhkəmləndirilməsinin vaxtı gəlib çatıb. Rusiyanın sülhməramlı kontingenti bu prosesə hər cür dəstək verməyə hazırdır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin