Yaponiyadan gələn iş adamları Şəki və Zaqatalada olub. Bölgə rayonlarının turizm və tarixi abidələri ilə tanış olan iş adamları rayonların investisiya imkanlarını da araşdırıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yapon iş adamları rayonda fəaliyyət göstərən tütünqurutma müəssisəsi ilə də tanış olublar.
Burada onlara həyata keçirilən işlərdən, tütünçülüyün inkişafına dair dövlət proqramından, ixrac potensialı barədə məlumat verilib. Yapon iş adamları daha sonra “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindəki dünya memarlıq abidəsi sayılan Xan Sarayına eləcə də muzeylərə baş çəkiblər. Qonaqlara məlumat verilib ki, Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
“ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq da yaponiyalıların marağına səbəb olan sahələrdən biri olub. Burada onlar hazır keramika məhsulları ilə tanış olmaqla yanaşı, həm də sənətkarların hazırladığı əl işlərini canlı şəkildə izləyiblər. Qonaqlar şəbəkə ustalarının da əl işləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Şəki səfərindən sonra yaponiyalı iş adamları bölgənin daha bir tarixi şəhərinə - Zaqatalaya səfər edib, bu qədim diyarın investisiya imkanları, aqrar sektorda həyata keçirilən layihələrlə tanış olub, həmçinin şəhərin tarixi mərkəzini gəziblər. İş adamları Şimal-Qərb bölgəsinə səfərdən xoş təəssüratlarla ayrılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:40 / 10.10.2023
Yaponiyalı iş adamları Şəki və Zaqatalada – FOTO
Hazırda oxunan: Yaponiyalı iş adamları Şəki və Zaqatalada – FOTO
Hazırda oxunan: Yaponiyalı iş adamları Şəki və Zaqatalada – FOTO
159143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.