5 ölkə İsraillə bağlı bəyanat yaydı

Hazırda oxunan: 5 ölkə İsraillə bağlı bəyanat yaydı

159130

Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Fransa və İtaliya liderləri birgə bəyanat yayaraq, İsraili dəstəklədiklərini və HƏMAS-ın hərəkətlərini pislədiklərini bildiriblər.

Bu barədə Bizim.Media Ağ Evə istinadən məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Corcio Meloni, Böyük Britaniyanın baş naziri Rişi Sunak və ABŞ prezidenti Cozef Bayden birgə bəyanatda HƏMAS-ın terror hərəkətlərinin heç bir əsası və legitimliyi olmadığını, pislənilməli olduğunu qeyd ediblər.

Onlar İsrailin özünü və xalqını bu cür vəhşiliklərdən qorumaq səylərini dəstəkləyəcəklərini qeyd ediblər:

“Son günlər dünya HƏMAS terrorçularının evlərində ailələri qətlə yetirmələrini, musiqi festivalından zövq alan 200-dən çox gənci qətlə yetirmələrini, hazırda girovluqda olan yaşlı qadınları, uşaqları və bütün ailələri qaçırmalarını dəhşət içində seyr etdi. 
Yaxın günlərdə İsrailin özünü müdafiə etmək qabiliyyətinə malik olmasını təmin etmək üçün İsrailin müttəfiqləri və ortaq dostları olaraq birləşmiş və koordinasiya şəklində hərəkət edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin