İsrail ordusu tərəfindən Fələstinin Qəzza zolağına su təchizatı dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “Telegram” kanallarında yayılıb.
Qeyd edək ki, daha əvvəl İsrailin müdafiə naziri Qəzza zolağının tam blokadaya alındığını elan edərək şəhərin elektrik, su və yanacağın kəsiləcəyini vəd edib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Bizim.Media