Miri Yusif və xanımı 15 -ci ildönümlərində "gəlin-bəy" OBRAZINDA - FOTO 

Hazırda oxunan: Miri Yusif və xanımı 15 -ci ildönümlərində "gəlin-bəy" OBRAZINDA - FOTO 

159079

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz ailəsi ilə bağlı diqqət çəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, Nərgiz sosial şəbəkə hesabında Miri Yusiflə ailə həyatlarının 15-ci ildönümünə qədəm qoyduğunu yazıb.  

Bu münasibətlə cütlük "gəlin-bəy" obrazında yaşadıqları İzmir şəhərində açıq-havada fotosessiya ediblər. Nərgiz paylaşımına "Yolumuz uzaqdır, amma artıq 15 ili qeridə qoyduq. Özümə söz vermişəm ki, hər 15 il tamamlananda gəlinlik geyinəcəyəm".  
Qeyd edək ki, Miri Yusif və Nərgiz cütlüyünün 1 qız, 2 oğlan övladı var. Sənətçi Azərbaycanda pandemiya başlayandan sonra  ailəsi ilə Türkiyənin İzmir şəhərinə köçüb. Hazırda müğənninin hər üç övladı İzmirdə təhsil alır.  












Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin