Bələdiyyə, MİS və MTK-lardan ibarət BERMUD ÜÇBUCAĞI – “Hər üçü pul yığır, amma...”

Hazırda oxunan: Bələdiyyə, MİS və MTK-lardan ibarət BERMUD ÜÇBUCAĞI – “Hər üçü pul yığır, amma...”

159039

1999-cu ildə ölkəmizdə yeni bir institut-bələdiyyələr yarandı. Bələdiyyələrin hüquq və vəzifələri əsasən yerli sosial və kommunal problemlərin həlli, eləcə də yerlərin sosial inkişafıdır. 

Bələdiyyələrin inkişafı üçün hansı tədbirlər görülüb?

Bu qurumun fəaliyyətini stimullaşdırmaq üçün hökümət bir sıra tədbirlər də gördü. Hətta, 30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, o  günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edildi. 

Bununla da mənzil istismar sahələrinin (MİS) bütün səlahiyyətləri bələdiyyələrə verildi. Çox təəssüf ki, hökümətin qərarından 5 il keçməsinə baxmayaraq  MİS-lər hələ də sovet dövründən qalmış sistemlə çalışır. Üstəlik, MİS-lər özləri üçün müxtəlif tariflər müəyyən ediblər. Məsələn, hər mənzil sahibindən aylıq zibil pulu, binanın girişinin təmizlənməsi üçün ayrıca haqq alırlar. MİS-lərin yığdıqları vəsaitdən əlavə dövlət tərəfindən hər il MİS-lərə ayrıca vəsait də ayrılır. 
 

MÖVZU İLƏ BAĞLI:

Ən çox şikayət olunan İCRA HAKİMİYYƏTLƏRİ – ARAŞDIRMA


“Kiçik ərazidə üç qurum fəaliyyət göstərir”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Əmlak Məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, çoxmərtəbəli binalardakı fərdi mənzillərin idarə olunması üçün müxtəlif qurumlar fəaliyyət göstərir:

“Bunlardan biri Mənzil İstismar sahələridir. Bu qurumun uzun tarixi var. Daha sonra isə bələdiyyələr fəaliyyətə başladı. Sonradan isə bu siyahıya daha bir qurum - mənzil tikinti koperativləri əlavə olundu. Maraqlıdır ki, kiçik bir ərazidə adını qeyd etdiyimiz hər üç qurum fəaliyyət göstərir. 

Bir-birinin fəaliyyətinin təkrarlayan bu 3 qurumun heç birinin gündəlik işi qənaətbəxş deyil. Çünki yeni tikilən binalarda komunal xidmətlərə görə yığılan pullar həddindən artıq yüksək olsa da göstərilən xidmət çox aşağıdır. MİS-in yığdığı pulların miqdarı aşağı olsa da xidmətin keyfiyyəti qənaətbəxş deyil. Bələdiyyələr barədə isə yaxşı heç nə demək olmaz”.

Elnur Fərzəliyev hesab edir ki, bu üç qurumdan formalaşmış yeni bir idarəetmə sistemi yaradılmalıdır:

“Yalnız yeni qurum kommunal xidmətlərin səviyyəsini qaldıra bilər. Bu zamansa hər üç qurumdakı yaxşı nümunələrdən faydalanmaq olar. Məsələn, MİS-lər əsasən həyətlərin təmizliyinə baxırlar. Amma bu qurumun əhali ilə münasibəti daha genişdir. MTK-larda isə mənzərə bir qədər fərqlidir. Kifayət qədər yüksək kommunal haqları yığsalar da onların imkanları çox zəifdir və əsasən MİS-lərin imkanlarından faydalanırlar. Bələdiyyələr də ən yaxşı halda həyət evlərinə baxırlar. Az-çox sosial layihələrin icrasıyla da məşğul olurlar. Bu üç qurum bir təşkilatda birləşsə, hazırda sadaladığımız bir çox problemlərdən qurtulmuş olarıq”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin