Gia Xuxaşvili: “Azərbaycan separatizm probleminin həllində Gürcüstana kömək edə bilər” – ÖZƏL 

Hazırda oxunan: Gia Xuxaşvili: “Azərbaycan separatizm probleminin həllində Gürcüstana kömək edə bilər” – ÖZƏL 

158973

Xəbər verdiyimiz kimi oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda işgüzar səfərdə olub. Səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirilib, maraqlı müzakirələr aparılıb. Təbii ki, Azərbaycan liderinin bu səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili deyib ki, Azərbaycan və Gürcüstan üçün hazırkı prioritet Asiya ölkələrini Avropa ilə birləşdirən Cənubi Qafqaz nəqliyyat dəhlizinin inkişafıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Erməni separatizmi Qarabağdan sonra Cavaxetiyada baş qaldıracaq? – Gia Xuxaşvilidən AÇIQLAMA


“Şimaldakı alternativ yollarda aşkar problemlərin olduğu bir vaxtda bu funksiyanın iki ölkə tərəfindən həyata keçirilməsi əsas strateji vəzifəyə çevrilib. İndi yük dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq üçün ən qısa müddətdə müvafiq infrastrukturu, həm liman, həm də dəmir yollarını inkişaf etdirmək lazımdır. Əgər biz birlikdə qarşıdakı 3-5 il ərzində dəhlizin tutumunu ən azı 50 milyon tona çatdırmağa imkan verəcək işlər görə bilsək, bu, yeni yaranan dünya düzənində ölkələrimizin əhəmiyyətini xeyli artıracaq”.

Gürcü politoloq Gürcüstanın yaşadığı separatizmin aradan qaldırılmasında Azərbaycanın vasitəçilik imkanlarından danışıb:

“Biz, əlbəttə ki, bu məsələdə göstərəcəyi köməyə görə Azərbaycana çox minnətdar olacağıq. Faktiki olaraq Gürcüstan ərazilərini ələ keçirmiş və onları kvazi-dövlət kimi tanıyan Rusiyanın problemin həllində tərəf olduğunu nəzərə alaraq, mən Azərbaycanın bu məsələdə bizə kömək edəcəyini düşünürəm. Təbii ki, bizim üçün başlıca məsələ Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsidir”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin