7,4 milyonluq qalmaqalla gündəmi çalxalayan Kələntərovlardan CAVAB - ''Allahdan bəndəyə bir sınaqdır''

Hazırda oxunan: 7,4 milyonluq qalmaqalla gündəmi çalxalayan Kələntərovlardan CAVAB - ''Allahdan bəndəyə bir sınaqdır''

15891

ABŞ-ın Ohayo ştatında yaşayan Kələntərovlar ailəsinin pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratdığı və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit aldığı iddia edilir.

Bizim.Media xəbər verir ki, səslənən fikirlərə ailə üzvlərindən biri – Zaur Kələntərli feysbuk hesabında münasibət bildirib.

Bildirib ki, vəkillərlə bağladığı sövdələşməyə əsasən bu haqda heç bir məlumat verə bilməz, iş bitdikdən sonra rəsmi və detallı açıqlama verəcək:

“Nəticədən asılı olmayaraq prossesin gedişatı ilə sizi tanış edib təcrübəmlə bölüşəcəm. Narahat olan dostlara demək istəyirəm ki, hər şey qaydasındadır, qətiyyən narahatçılığa lüzum yoxdu. Əbəs yerə pis xəbərlərə ürəkdən sevinənlərə ‘salam göndərirəm’...

Məsələni Azərbaycançılığın adına xələl kimi göstərməyə çalışan onlayn üsyankarlara demək istəyirəm ki, vaxtlarını daha səmərəli istifadə edib, Azərbaycanın adına müsbət işlər görsünlər və bizlərə nümünə olsunlar.

Allaha şükür, həm California, həm də, Ohio ştatlarındakı bütün şirkətlərimiz fəaliyyət göstərir, təsərrüfat layihələri və ev alqı-satqısı davam edir.

Atamdan başqa yer kürəsində hər kimə 1 manat (dollar) və üstü borcum vəya verəcəyim bəndə varsa buyursun aşağıda şərhdə qeyd edib camaata bildirsin.

Hər iş Allahdan bəndəyə bir sınaqdır. Gördüyüm heç bir işə, yaşadığım heç bir günə peşman deyilem. Həyat elə olduğu kimi; eniş və yoxuşu, doğru və səhvləri, savab və günahları ilə gözəldir. Əziz dostlar, mən sağ-salamatam, azadlıqdayam və qulluğunuzdayam”.

Qeyd edək ki, sözügedən ittiham çərçivəsində ailənin iki üzvü - Aydın Kələntərov və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub.

Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin