Ombudsman beynəlxalq ictimaiyyəti mina terroruna görə Ermənistana sanksiya tətbiq etməyə çağırıb

Hazırda oxunan: Ombudsman beynəlxalq ictimaiyyəti mina terroruna görə Ermənistana sanksiya tətbiq etməyə çağırıb

158817

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən gün baş vermiş mina partlayışları ilə bağlı bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir: 

“Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçularımızın həyatına təhlükə yaratmaqda və son qoymaqda davam edir. 

Oktyabrın 6-da baş vermiş üç mina hadisəsi nəticəsində bir mülki şəxs həlak olmuş, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu və digər mülki şəxs yaralanmışdır. 

İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçularımızın təhlükəsizliyinə, regionda sülh quruculuğu prosesinə, həyata keçirilən infrastruktur layihələrinin icrasına, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır. 

Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təhvil verməməsi mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə nəticələnir. Ermənistanın bu addımı onların bölgədə sülhün bərpa olunmasında maraqlı olmadıqlarını bir daha göstərir. 
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, dəqiq mina xəritələrinin Ermənistan tərəfindən ölkəmizə təhvil verməsini, regionda sülhün bərqərar olunmasında birliyin nümayiş olunmasını qəti şəkildə tələb edir, beynəlxalq ictimaiyyəti Ermənistanın mina terroruna qarşı müvafiq sanksiyalar tətbiq etməyə çağırıram”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin