Fırtınalı hava ilə ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Hazırda oxunan: Fırtınalı hava ilə ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ - FOTO

158784

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edib. 

Bu barədə Bizim.Media GHİM-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, GHİM-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub. 

Məlumata əsasən, oktyabrın 8-i günün ikinci yarısında Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin oktyabrın 10-u səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır. 

Həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasında müşahidə ediləcək cənub-qərb küləyi sonrakı günlərdə şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Açıq dənizdə küləyin surəti arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir. 

Dalğanın hündürlüyü 2.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin