İsraildəki səfirliyimizdən müharibə bölgəsində qalan Samirə Əfəndi ilə bağlı AÇIQLAMA  

Hazırda oxunan: İsraildəki səfirliyimizdən müharibə bölgəsində qalan Samirə Əfəndi ilə bağlı AÇIQLAMA  

158759

Azərbaycanın İsraildəki səfirliyi müğənni Samirə Əfəndi və yaxınları ilə təmasdadır. 

Bizim.Media xəbər verir ki, onların hazırda sığınacaqdakı vəziyyəti diqqətdə saxlanılır. 

Qeyd edək ki, Azərbaycanı 2020 və 2021-ci illərdə “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə Tel-Əviv şəhərində çətin vəziyyətə düşüblər.  

Xatırladaq ki, bu gün gecə saatlarından başlayaraq Qəzza zolağından İsrail ərazisinə raket hücumlarına start verilib.    
Eyni zamanda, “Həmas” silahlıları İsrail ərazisinə daxil olaraq, bir sıra hərbi və infrastruktur obyektlərinə hücum ediblər. İsrail Ordusunun xeyli sayda hərbçisinin həyatını itirdiyi və əsir alındığı ilə bağlı xəbərlər yayılıb.  

İsrail Müdafiə Qüvvələri cavab tədbiri olaraq, Qəzza zolağında “Dəmir qılınclar” ("Iron Swords") adı altında hərbi əməliyyatlara başlayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin