Fransa gələn ay qoşunlarını Nigerdən ÇIXARACAQ  

Hazırda oxunan: Fransa gələn ay qoşunlarını Nigerdən ÇIXARACAQ  

158707

Fransa oktyabrın 9-da, bazar ertəsi günü Nigerdən qoşunlarını çıxarmağa başlayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb. 

Belə ki, Fransa silahlı qüvvələrinin komandanlığı hərbi kontingentin Nigerdən kənarda müvəqqəti yerləşdirilməsi üçün yer müəyyən edib. Qoşunlar Fransanın Saheldəki qüvvələrinin qərargahının yerləşdiyi qonşu Çada yerləşdiriləcək.

 “Əl-Cəzirə”nin məlumatına görə, Fransa silahlı qüvvələrinin komandanlığı məhdud kontingentin çıxarılması proseduru ilə bağlı üsyançılarla razılaşıb. 
Oktyabrın 5-də AFP agentliyi Fransa silahlı qüvvələrinin baş qərargahına istinadən xəbər verib ki, fransız hərbçiləri bir həftə ərzində Nigeri tərk etməyə başlayacaq. RFI radiostansiyasının məlumatına görə, ilk olaraq Mali ilə sərhəd yaxınlığında Almahau antiterror əməliyyatında iştirak edən 400 hərbçi çıxarılacaq. Təxminən min nəfərlik kontingentin geri çəkilməsi üç ay çəkəcək. 

Sentyabrın 24-də Fransa prezidenti Emmanuel Makron səfirin və bir sıra diplomatların Niameydən geri çağırıldığını və üsyançılarla hərbi əməkdaşlıqdan imtina etdiyini açıqlayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin