David Babayanın həbsxanadakı son HALI - FOTO 

Hazırda oxunan: David Babayanın həbsxanadakı son HALI - FOTO 

158642

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həbs edilmiş şəxslərin hüquqlarının təmin olunma vəziyyətini monitorinq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. 

Azərbaycan qanunvericiliyinin, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələbləri əsasında keçirililmiş başçəkmə çərçivəsində təqsirləndirilən şəxs Babayan Davit Klimoviç də konfidensial qaydada qəbul edilib. 

Oktyabrın 3-də keçirilən başçəkmə zamanı Babayan Davit Klimoviç Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, onun saxlanma şəraiti və rəftar məsələləri, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının təmin olunma vəziyyəti araşdırılıb.

Müraciətləri Ombudsman S.Əliyeva tərəfindən yerində cavablandırılıb. Şəxsi istifadə üçün eynəklə, kitabxanadan istifadə və informasiyaya çatım imkanları ilə təmin olunub. 

D.Babayan saxlanma şəraitindən şikayət etməyib, müəssisəyə daxil olduğu zaman tibbi müayinədən keçdiyini qeyd edib. O, hüquqlarının müdafiəsi məqsədilə vəkillə təmin olunub. 
Ombudsmanın Milli Preventiv Qrupunun ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmana müraciət imkanını izah edən nəşrlər də təqdim edilib. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin