“Azərbaycan açar ölkədir. Yəni biz Azərbaycan olmadan enerji müstəqilliyinə nail ola bilmərik”.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli mətbuata açıqlamasında deyib.
“Bizim Azərbaycana ehtiyacımız var. Macarıstan bu ölkəylə qaz dəhlizi ilə bağlı saziş imzalayıb. Əgər siz enerji baxımından Rusiyadan asılı olmaq istəmirsinizsə, bizə Azərbaycan lazımdır. Bütün bunlar açıq aydındır. Ölkə strateji əhəmiyyətə malikdir" - o qeyd edib.
Bizim.Media