Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal yeni görüntüləri ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi kamera önünə gəlinlik obrazında çıxıb.
Başına fata taxıb, üzərinə ağ gəlinlik geyinən Camal cazibədarlığı ilə diqqətləri üzərinə çəkib.
Qeyd edək ki, Nigar Camal bir dəfə ailəli olub, boşanıb. Onun bu nikahdan Jasmin və Səidə adlı iki qız övladı var. Müğənninin hər iki qızı Londonda yaşayır və orada təhsil alır.
Rəşad Əliyev, Bizim.Media