Xəbər verdiyimiz kimi oktyabrın 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın İspaniyada Aİ Şurası Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts ilə görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, Fransa, Almaniya, Avropa İttifaqı Şurası və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilən görüşün nəticələri ilə bağlı “bəyanat” qəbul olunub.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Qranadada Aİ, Fransa və Almaniya liderləri ilə görüşüb - VİDEO
Bəyanata əsasən, görüş iştirakçıları Qarabağ ermənilərinin bu yaxınlarda kütləvi şəkildə köçürülməsinin nəticələri ilə əlaqədar Ermənistana əlavə humanitar yardımın göstərilməsinin zəruriliyini ifadə ediblər.
Bəyanatda güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək prinsipinə ciddi riayət etmək çağırışı yer alıb, “SSRİ Baş Qərargahının tərəflərə təqdim edilmiş son xəritələr əsasında sərhədlərin delimitasiyası üzrə işlərin təcili aparılmasının zəruriliyi diqqətə çatdırılıb.
Bizim.Media