Bozbash – pictures” yumoristik verilişinin məşhur simaları, aktyorlar Nicat Rəhimov və Azər Baxşəliyev yenidən bir araya gəlib.
Bizim.Media xəbər verir ki, ikili “Zarafat bir yana” adlı yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq.
Sözügedən proqram tezliklə “Xəzər” televiziyasının efirində yayımlanacaq.
Rəşad Əliyev, Bizim.Media