Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharın etimadnaməsini qəbul edib.
Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Səfir, ilk növbədə, İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib.
Azərbaycan ilə İordaniyanın dost və qardaş, zəngin tarixə malik ölkələr olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəklədiyini məmnunluqla qeyd edib.
Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Ömər Bərəkət əl-Nahar paytaxtımızda gedən böyük inkişaf proseslərinin və insanların firavanlığının onda dərin təəssürat hissi yaratdığını deyib.
Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə səfirə minnətdarlığını bildirib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:03 / 05.10.2023
İordaniyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO
Hazırda oxunan: İordaniyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO
Hazırda oxunan: İordaniyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO
158436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.