Avropa Liqası: “Qarabağ” bu gün İsveç klubu ilə qarşılaşacaq

Hazırda oxunan: Avropa Liqası: “Qarabağ” bu gün İsveç klubu ilə qarşılaşacaq

158426

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi İsveçdə “Hekken” klubunun qonağı olacaq. “Ullevi” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

“Köhlən atlar”ın heyətində müdafiəçilər – Bəhlul Mustafazadə ilə Marko Veşoviç zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

Avropa Liqası

Qrup mərhələsi, II tur

5 oktyabr

23:00. “Hekken” (İsveç) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Sebastian Qishamer (Avstriya).

Höteborq. “Ullevi” stadionu.

Xal durumu: “Bayer” (Almaniya) – 3, “Qarabağ” (Azərbaycan) – 3, “Molde” (Norveç) – 0, “Hekken” – 0.

Qeyd edək ki, bu qrupun digər oyununda Almaniya “Bayer”I Norveçdə “Molde” ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin