Süveyş kanalında gəminin ilişməsi neftin qiymətini qaldırıb - VİDEO

Hazırda oxunan: Süveyş kanalında gəminin ilişməsi neftin qiymətini qaldırıb - VİDEO

15842

Misir hakimiyyəti hazırda Süveyş kanalında ilişərək hərəkət edə bilməyən yük gəmisinin ətrafında keçidin dibini dərinləşdirir.

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bunu Süveyş Su Yolu İdarəsinin rəsmi nümayəndəsi Corc Safuat açıqlayıb.

Problem tamamilə həll olunana qədər kanal boyunca hərəkət dayandırılıb. Yaranan tıxac neft qiymətlərinin artımasına səbəb olub.

Belə ki, hələ dünən axşam saatlarında ümumilikdə 15 milyon barel xam neft daşıyan ən azı 10 tanker kanalın cənub qapısının qarşısında qalıb.

Həmin görüntüləri təqdim edirik.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin