Bekhem arvadına xəyanət edirmiş - DETALLAR - FOTO

Hazırda oxunan: Bekhem arvadına xəyanət edirmiş - DETALLAR - FOTO

158413

Londonda əfsanəvi futbolçu Devid Bekhem haqqında “Bekhem” adlı sənədli serialının premyerası olub.   

Bizim.Media xəbər verir ki, ekran işində futbolçunun həyat yoldaşı Viktoriya Bekhem ilk dəfə şəxsi köməkçisi Rebekka Lus ilə 2003-cü ildə idmançının başına gələn və çox geniş müzakirə olunan əlaqəsi haqda danışıb.  

20 il sonra Viktoriya Bekhem baş verən hadisəni şərh edib. O, bu dövrün həyatının ən çətin olduğunu söyləyib: 

Devid Bekhem də etiraf edib ki, 2003-cü ildə bu böhrandan necə xilas olduqlarını hələ də bilmir. Viktoriya ilə boşanma şayiələri və xəyanət aylarla nəşrlərin birinci səhifələrində olmasına baxmayaraq, cütlük ailələri üçün mübarizə aparıblar.  

Xatırladaq ki, 2003-cü ildə Devid Bekhem köməkçisi Rebekka Lus ilə əlaqəsinin təfərrüatları hazırda fəaliyyətini dayandırmış “News Of The World” qəzetində ictimaiyyətə açıqlananda dünyanın nüfuzlu nəşrlərinin və tənqidçilərinin hədəfinə çevrilmişdi.  
O zaman Viktoriya İngiltərədə qalmağa qərar verib ki, oğulları Bruklin və Romeo öz məktəblərində təhsil ala bilsin. Bu qərar Bekhemi üzüb və həmin vaxt onun üçün çətin olduğunu etiraf edib: 

“İspaniyaya ilk köçəndə çətin idi, çünki 15 yaşdan 27 yaşadək bütün karyeram boyunca klubun və ailənin bir hissəsi olmuşam. Məni bir gecədə başqa kluba satdılar, növbəti dəqiqə mənim bilmədiyim dildə danışılan bir şəhərdə idim. Daha da önəmlisi, mənim öz ailəm yox idi”.  
Qeyd edək ki, Devid Bekhem 2003-cü ildə İngiltərənin “Mançester Yunayted” klubundan İspaniyanın “Real Madrid”inə, İngiltərədən İspaniyaya keçmişdi. 2007-ci ildə futbolçu Los Anceles Qalaksi klubu ilə müqavilə imzaladı, bundan sonra ailəsi ilə birlikdə Los-Ancelesə köçdü. Viktoriyanın dediyinə görə, İspaniyadan köçdükdən sonra nəhayət, rahat nəfəs alıb. 





Rəşad Əliyev,  Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin