“Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

Hazırda oxunan: “Mançester Yunayted” baş məşqçi ilə bağlı qərar verdi

158394

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq postunda qalacaq.  

Bizim.Media xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi uğursuz nəticələrdən sonra da niderlandlı mütəxəssisə güvənir.  

Mövsümün startındakı 10 matçda alınan 6 məğlubiyyət azarkeşlərin qəzəbinə səbəb olsa da, rəhbərlik uğursuzluqda baş məşqçini qınamır. Mançesterlilər Ten Haqı komandanı inkişaf etdirmək üçün ideal mütəxəssis hesab edir.

Çalışdırıcı zədəli oyunçuların çoxluğundan heç vaxt şikayətlənməyib. Lakin rəhbərlik bu amilin də nəticələrə təsir etdiyi qənaətindədir. Klubda eyni vaxtda 12 futbolçunun zədədən əziyyət çəkdiyi dövrü də unutmayıblar.  
Qeyd edək ki, “Mançester Yunayted”də hazırda ciddi itkilər var. Lyuk Şou, Tirel Malasiya və Serxio Reqilonun yoxluğunda sol cinah müdafiəçisi mövqeyində yarımmüdafiəçi Sofian Amrabat oynayır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin