Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugün keçirilən brifinq zamanı erməni jurnalistin qondarma rejimin sabiq rəhbərlərinin həbsi ilə bağlı sualına cavabı gündəm olub.
Bizim.Media xəbər verir ki, jurnalist ötən gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən şəxslərin Rusiya tərəfindən azad edilməsinə dair sualına Zaxarova deyib:
MÖVZU İLƏ BAĞLI:
"Ermənilərə xəyanət edən məhz Avropa İttifaqıdır" - Zaxarova
“Siz sualı səhv adama verirsiniz. Haqqında danışdığınız şəxslər Ermənistan vətəndaşlarıdır, odur ki, onlar haqqda sualı siz məhz Ermənistan Xarici İşlər Nazirliyinə verməlisiz.
O ki, qaldı həmin şəxslərin Rusiya vətəndaşları olmasına, onların bəzisi Rusiya vətəndaşlığından imtina ediblər, bəzilərinin isə ümumiyyətlə Rusiya vətəndaşlığı olmayıb”.
Bizim.Media