ASALA İrəvanda sinaqoqa hücuma görə məsuliyyəti öz üzərinə GÖTÜRDÜ 

Hazırda oxunan: ASALA İrəvanda sinaqoqa hücuma görə məsuliyyəti öz üzərinə GÖTÜRDÜ 

158303

“Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu” (ASALA) terror təşkilatı İrəvandakı sinaqoqa qarşı vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürüb. 

Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, sinaqoqun üzərinə maye tökülüb və şüşələri sındırılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvandakı sinaqoqun hücumdan sonrakı vəziyyəti - FOTO/VİDEO 


ASALA terror təşkilatının bununla əlaqədar olaraq yaydığı məlumatda hücum “İrəvandakı Ümumdünya yəhudi mərkəzinə qarşı uğurlu qorxutma əməliyyatı” adlandırılıb. 

“Yəhudilər Ermənistan dövlətinin və erməni xalqının qəddar düşmənidir. Bu xəbərdarlıqdır: oktyabrın 3-də İrəvandakı uğurlu əməliyyatımız hələ başlanğıcdır. Bu, ciddi öhdəliklərimizin sadəcə bəyanıdır. Hər bir ravvin bizim diqqət mərkəzimizdə olacaq”, - terrorçu təşkilatın məlumatında deyilir. 

ASALA bildirib ki, İsrail hökuməti Azərbaycanı dəstəkləməyə davam etdiyi təqdirdə Avropa, ABŞ, Kanada və Gürcüstandakı İsrail yəhudilərinə qarşı müharibə aparacaq. 

“Heç bir İsrail yəhudisi bu ölkələrə gedəndə özlərini təhlükəsizlikdə hiss etməyəcək”, - deyə məlumatda qeyd olunub. 

Bu, erməni cəmiyyətində antisemitizmin daha bir əyani sübutu olmaqla, həmçinin, bu və ya digər etnik kimlik və dini etiqad mənsublarına qarşı tolerantlığın olmadığını göstərir. 

Qeyd edək ki, hadisə oktyabrın 3-ü baş verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin