Çempionlar Liqasında ötən gecənin NƏTİCƏLƏRİ  

Hazırda oxunan: Çempionlar Liqasında ötən gecənin NƏTİCƏLƏRİ  

158261

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna start verilib.  

Bizim.Media xəbər verir ki, bu gün 8 görüş baş tutub.  

“Qalatasaray” İngiltərədə “Mançester Yunayted”in qonağı olub və sürpriz qələbəyə imza atıb. Qrupun digər oyununda “Bayern” səfərdə “Kopenhagen”ə qalib gəlib.  

“Lans”ın qonağı olan “Arsenal” bu dəfə məğlubiyyətə üzülüb. Günün daha bir diqqətçəkən matçında “Napoli” ilə “Real” üz-üzə gəlib. Madrid təmsilçisi çətin səfərdən qələbə ilə qayıdıb.

“Union Berlin” də “Braqa”ya evdə uduzub. “İnter” də “Benfika”nı tək qolla üstələyib. 

UEFA Çempionlar Liqası 

Qrup mərhələsi, 2-ci tur 

3 oktyabr 

A qrupu 

“Kopenhagen” (Danimarka) – “Bayern” (Almaniya) 1:2 

Qollar: Lerager, 56 – Musiala, 67. Tel, 83. 

“Mançester Yunayted” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) 2:3 

Qollar: Hoylund, 17; 67 – Zaha, 23. K.Aktürkoğlu, 71. İkardi, 81. 

Xal: Bayern – 6. Qalatasaray – 4. Kopenhagen – 1. Mançester Yunayted – 0. 

B qrupu 

“Lans” (Fransa) – “Arsenal” (İngiltərə) 2:1 

Qollar: Tomasson, 25. Vahi, 69 – Q.Jezus, 14. 

PSV (Niderland) – “Sevilya” (İspaniya) 2:2 

Qollar: De Yonq, 86. Teze, 90+5 – Qudel, 68. En Nesiri, 87. 

Xal: Lans – 4. Arsenal – 3. Sevila – 2. PSV – 1. 

C qrupu 

“Union Berlin” (Almaniya) – “Braqa” (Portuqaliya) 2:3 

Qollar: Bekker, 30; 37 – Niakate, 41. Bruma, 51. Kastro, 90+4. 

“Napoli” (İtaliya) – “Real” (İspaniya) 2:3 

Qollar: Ostiqard, 19. Zelinski, 54-pen – Vinisius, 27. Bellingem, 34. Meret, 78-öz qapısına. 

Xal: Real – 6. Napoli – 3. Braqa – 3. Union Berlin – 0. 

D qrupu 

“Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya) 0:2 

Qollar: Oyarzabal, 7. B.Mendes, 27. 

“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) 1:0 

Qol: M.Türam, 62. 

Xal: Real Sosyedad – 4. İnter – 4. Zalsburq – 3. Benfika – 0. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin