Azərbaycanın daha 13 güləşçisi medal qazanıb

Hazırda oxunan: Azərbaycanın daha 13 güləşçisi medal qazanıb

158243

Azərbaycanın daha 13 idmançısı Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatında medal qazanıb. 

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə yığma üzvlərindən 1-i gümüş, 12-si isə bürünc mükafata yiyələnib. 

90 kq çəki dərəcəsində mübarizə aparan Etibar Rzayev yalnız finalda rəqibinə məğlub olub.

Ceyhun Cavadzadə, Rüfət Hacıyev (hər ikisi 57 kq), Ariz Hüseynov, Nurlan Məmmədov (hər ikisi 62 kq), Nihad Rzayev, Cəsur Mehtiyev (hər ikisi 68 kq), Xəlil Murzayev (75 kq), Nəsir Həsənov (82 kq), Namiq Babayev (90 kq), Mahir Əliyev, Amin Qulamov (hər ikisi 100 kq) və Sadiq Ağamalıyev (+100 kq) üçüncü yeri tutublar. 
Ötən gün yığma üzvləri 1 qızıl, 5 gümüş, 11 bürünc medal əldə ediblər. Milli Gimnastika Arenasında təşkil olunan 3-cü Avropa çempionatı oktyabrın 4-də başa çatacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin