Elçin Əmirbəyov: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir”

Hazırda oxunan: Elçin Əmirbəyov: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir”

158226

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibə verib. 

Bizim.Media xəbər verir ki, E.Əmirbəyov, həmçinin Ermənistanla aparılan danışıqlar barədə də məlumat verib. Bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Arayik Arutyunyan saxlanılıb, Bakıya gətirilir


Vurğulanıb ki, işğaldan azad olunan ərazilər vaxtilə Ermənistan tərəfindən tamamilə etnik təmizləməyə məruz qalmış, azərbaycanlılar oradan qovulmuşdu:

“Həmin ərazilərdə 1 milyon azərbaycanlı Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmışdı. Ancaq təəssüf ki, o vaxt Qərb bununla maraqlanmamışdı. İkili standart siyasətini, nəhayət dayandırmaq lazımdır... Bütün insanlar kimi, bizim insanlarımızın da eyni hüquqları var”. 

İşğaldan azad olunan ərazilərə BMT missiyasının səfər etdiyini xatırladan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi diqqətə çatdırıb ki, həmin missiyanın tərkibində müxtəlif xarici KİV-lərin təmsilçiləri də olub:

“Onlar təsdiq ediblər ki, orada bir neçə yüz insan qalıb... Onların geri qayıtması üçün Azərbaycan hökumətinin səylərini də gözdən qaçırmamaq lazımdır.  

Hazırda ermənilər bu ərazidə qalmaq istəməyiblər. Üç on illik ərzində bu ərazilərin Ermənistan tərəfindən işğalı öz izini buraxıb. Xatırladım ki, BMT də bu işğalı qınamışdı. İndi isə lazımdır ki, bir çıxış yolu tapılsın, birgəyaşayış təmin olunsun. Həm azərbaycanlılar, həm də ermənilər üçün”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin