Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər 

Hazırda oxunan: Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər 

158059

Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığması oktyabrın 4-dən 8-dək Portuqaliyanın Odivelas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. Yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzulayıblər. 

Dünya çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət millinin baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək. 
Oktyabrın 4-dən 7-dək çempionatın fərdi yarışları, oktyabrın 8-də isə komanda yarışları keçiriləcək. 

Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq. 

Çempionata qatılacaq heyəti təqdim edirik: 

Qızlar 

48 kq. 

Könül Əliyeva 

52 kq. 

Aydan Vəliyeva 

Xədicə Qədəşova 

57 kq. 

Fidan Əlizadə 

78 kq. 

Nərmin Əmirli 

+78 kq. 

Nigar Süleymanova 

Pərvanə Abdullayeva komanda yarışında mübarizəyə qoşulacaq. 

Oğlanlar 

60 kq. 

Nizami İmranov 

66 kq. 

Aydın Rzayev 

73 kq. 

Süleyman Əliyev 

Vüsal Qələndərzadə 

81 kq. 

Ömər Rəcəbli 

90 kq. 

Vüqar Talıbov 

İsmayıl Zamanov 

+100 kq. 

Ramazan Əhmədov 

Kənan Nəsibov komanda yarışında mübarizəyə qoşulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin