Xankəndidə rus dili “dövlət dili” olacaq? – “Azərbaycan XİN-nin bəyanatını gözləyirik”

Hazırda oxunan: Xankəndidə rus dili “dövlət dili” olacaq? – “Azərbaycan XİN-nin bəyanatını gözləyirik”

15805

Erməni separatçıları Xankəndidə “parlamentlərinin” iclasında rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul ediblər. 

Bizim.Media xəbər verir ki, məsələni “Facebook” hesabında şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə separatçıların bu qərarı Moskvaya xoş gəlmək və Rusiyanın nökərçiliyini davam etdirmək üçün verilib: 

 

MÖVZU İLƏ BAĞLI:

Qondarma rejimin təxribatı - Rus dili Qarabağda “rəsmi” dil elan olundu


“Azəbaycan Xarici İşlər Nazirlyinin bəyanatını gözləyirik. Bəyanatın mətnini hazırlamaqda çətinlik çəkirlərsə, prezident İlham Əliyevin fevralın 26-dakı bu mövzuyla bağlı açıqlamasına istinad etsinlər:

“Qarabağda rus dili rəsmi dil ola bilməz. Azərbaycanın bir rəsmi dili var! Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu, hərbi baza anlamına gəlmir. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək! Xocalıya da biz qayıdacağıq.

Ermənistan tərəfi bunu anlamalıdır! "Arsax" dövləti olmayıb və olmayacaq da! Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir!” deyə ölkə başçısı bildirib.

Hesab edirəm ki, bu sözlərin hər dəfə təkrarlanmasına, bəyanatların verilməsinə ehtiyac var ki, bunu həm İrəvanda, həm də Moskvada duysunlar!”

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin