Aİ Ukraynaya 5 milyard avro hərbi yardımın ayrılması ilə bağlı razılığa gələ bilər

Hazırda oxunan: Aİ Ukraynaya 5 milyard avro hərbi yardımın ayrılması ilə bağlı razılığa gələ bilər

158046

"Mən Ukraynaya gələn il üçün 5 milyard avroya qədər yeni ikitərəfli yardım paketi təklif etmişəm. Ümid edirəm ki, Avropa İttifaqına (Aİ-yə) üzv dövlətlər bu təkliflə bağlı il başa çatmazdan əvvəl razılığa gələ biləcəklər". 

Bizim.Media xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birgə Kiyevdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Borrell bildirib ki, sözügedən məbləğ yalnız bir il üçün nəzərdə tutulub və bu rəqəm arta bilər. 
"Bu gün bizim burda olmağımız Aİ-nin Ukraynanın təhlükəsizliyinə və bu ölkəyə dəstəyinə sadilqiyinin bir daha sübutudur. Biz bununla Rusiyaya siqnal göndəririk ki, biz onun dronlarından, raketlərindən qorxmuruq", - deyə Aİ rəsmisi vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin