Prezident: “Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizlikləri təmin olunur”

Hazırda oxunan: Prezident: “Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizlikləri təmin olunur”

158020

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edib. 

Bizim.Media xəbər verir ki, ölkəmizin başçısı görüşdə Qarabağın erməni sakinlərinin hüquqlarının təmin olunması üçün görülən işlərdən danışıb. 

Prezident antiterror tədbirləri dayandırıldıqdan sonra mərkəzi hökumət tərəfindən Qarabağ bölgəsində yaşayan erməni əhalisinə genişmiqyaslı humanitar yardımlar edildiyini vurğulayıb. 
Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş ictimaiyyətə, həmçinin ermənilərə ünvanlanmış bəyanat verdiyini vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin