Nanə Ağamalıyeva çalışdığı “Azad Azərbaycan” telekanalında yeni mövsümdən etibarən daha bir verilişə aparıcılıq edəcək.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu həftə içi beş gün saat 19:00-da “7 tamam” adlı axşam şousunu aparacaq.
Sözügedən veriliş isə əvvəlcə Vüsalə Əlizadənin sonra isə İlhamə Bədəlovanın aparıcısı olduğu “7 canlı” verilişinin prototipidir.
Qeyd edək ki, Nanə Ağamalıyeva “7 tamam”dan savayı həftənin bazar günləri axşam saatlarında “Nanəli” musiqili proqramını da aparacaq.
Rəşad Əliyev, Bizim.Media