“Ölkənin bütün ərazilərində quruculuq, abadlıq işləri gedir. Təkcə, işğaldan azad olunmuş ərazilərdə deyil, digər bölgələrimizdə də bu istiqamətdə addımlar atılıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin payız sessiyasının ilk iclasında deyib.
“Lakin Bakıda da, regionlarda da ipoteka üçün eyni qaydalar təklif olunur. Əgər biz, gənclərimizin regionlarda qalmasını istəyiriksə, “İpoteka haqqında” qanuna dəyişikliklər etməliyik. Regionlar üçün ipoteka şərtləri yumşaldılsa, gənclərimiz bölgələrdə qalıb, çalışarlar.
Bundan əlavə, ünvanlı sosial yardımla bağlı dinləmələrin də keçirilməsinə ehtiyac var. Bəzi şikayətlər var ki, birinin adında sovet maşını, yaxud torpaq sahəsi olduğu üçün ona sosial müavinət verilmir”. - deyə deputat əlavə edib.
Siyavuş Novruzov Seçki məcəlləsi ilə bağlı da müəyyən dəyişikliklərə ehtiyacın olduğunu bildirib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:15 / 02.10.2023
“Regionlar üçün ipoteka şərtləri yüngülləşdirilməlidir” – Siyavuş Novruzov
Hazırda oxunan: “Regionlar üçün ipoteka şərtləri yüngülləşdirilməlidir” – Siyavuş Novruzov
Hazırda oxunan: “Regionlar üçün ipoteka şərtləri yüngülləşdirilməlidir” – Siyavuş Novruzov
157945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.