Teleradio aparıcısı tanınmış marketin fəaliyyətini TƏNQİD ETDİ - VİDEO

Hazırda oxunan: Teleradio aparıcısı tanınmış marketin fəaliyyətini TƏNQİD ETDİ - VİDEO

157931

Teleradio aparıcısı Kazım Sübhan “Rahat market” supermarketlər şəbəkəsindən şikayətçidir.

Bizim.Media xəbər verir ki, bu haqda Kazım sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada məlumat yayıb.  

Aparıcı bildirib ki, sözügedən marketlərdən alış-veriş etdikdən sonra ona verilən ƏDV çeklərində 12 simvollu fiskal ID və QR kod keyfiyyətsiz şəkildə çap olunmasına görə, ƏDV-ni geri ala bilməyib: 

“Bir neçə həftədir ki, fikir verirəm ki, “Rahat market” supermarketlər şəbəkəsinin bütün filiallarından alış-veriş etdikdən sonra görürəm ki, kassir tərəfindən təqdim olunan çeklərdə ƏDV-ni oxumaq olmur, çünki çap edən aparatın boyası bitib. Bilmirəm, bu oyundur, yoxsa “Rahat market”in pulu yoxdur, çek aparatına boya alsın. Söhbət ƏDV-dən getmir. Çünki ƏDV bizə 20-30 qəpik pul verir. Amma kimin üçünsə bu az məbləğ deyil. Bu da yeni üslubdur “Rahat market”in rahat yolu”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin