Erməni separatizmi Qarabağdan sonra Cavaxetiyada baş qaldıracaq? – Gia Xuxaşvilidən AÇIQLAMA

Hazırda oxunan: Erməni separatizmi Qarabağdan sonra Cavaxetiyada baş qaldıracaq? – Gia Xuxaşvilidən AÇIQLAMA

157919

Azərbaycan 100 ildən artıq davam edən erməni separatizmini kökündən qaşıyıb atdı. Yəqin ki, Azərbaycan bir daha belə bir təhlükə ilə üzləşməyəcək. Lakin ermənilərin böyük güclər qarşısında əsas xidməti məhz separatizmi alovlandırmaqdır.

Çox təəssüf ki, qlobal güclərin hələki bu bədnam təzyiq üsuluna ehtiyacı var. 

Təsadüfi deyil ki, artıq erməni separatizminin yeni ünvanları barədə fikirlər səslənir. Məsələn, erməni hərbi ekspert Vladimir Poqosyan bir neçə gün əvvəl “Biz gəlib Armavir, Soçi və Krımı ala bilərik. Çünki Krımın 70%-i ermənidir”, deyə bildirib. Bundan başqa erməni separatizminin Gürcüstanın Cavaxetiya bölgəsində baş qaldırma ehtimalı da var.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili deyib ki, Cavaxetiyada separatçı əhval-ruhiyyə həmişə olub və indi də mövcuddur:
 

MÖVZU İLƏ BAĞLI:

Əl-Cəzirə: "Ermənilər Qarabağdan zorla qovulmayıb" - VİDEO


“Separatizmin bu bölgədə baş qaldırması təhlükəsi, məncə, Qərbdən deyil, daha çox Rusiyadan asılıdır. Çox təəssüf ki, Rusiyanın əlində bu bölgədə separatizmi alovlandırmaq üçün kifayət qədər rıçaqa və bəlkə də motivasiyaya malikdir”.

Gürcü politoloq bununla belə indiki vaxtda çox optimistdir:

“Xoşbəxtlikdən bizi bu separatizmdən qoruyacaq güclər var. Bu da Azərbaycan-Türkiyə-Gürcüstan dostluğudur. Çünki, Ermənistanın bir dövlət kimi var olması daha çox bu üç dost ölkədən asılıdır. Ona görə də bu dostluq imkan verməz ki, Cavaxetiyada separatizm baş qaldırsın. Bunu ermənilər də yaxşı dərk edir. Məhz bu səbəbə görə indiki mərhələdə Gürcüstanda aktiv separatizm riskləri o qədər də yüksək deyil”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin