Yaltada naməlum şəxs Ukraynadan olan ər-arvadı qətlə yetirdi

Hazırda oxunan: Yaltada naməlum şəxs Ukraynadan olan ər-arvadı qətlə yetirdi

157808

Yaltada naməlum şəxs Ukraynadan olan evli cütlüyü qətlə yetirib. Həmin şəxs onların evinə gələrək döyüb və qaçıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BAZA Telegram kanalı yayıb.

Mənbə yazır ki, qətl sentyabrın 29-da səhər saatlarında Qornaya küçəsində baş verib.

Dnepropetrovsk vilayətindən olan ər-arvad - 66 yaşlı Vladimir və 58 yaşlı Viktoriyanın yaşadığı evə naməlum kişi gəlib. O, ər və arvadını döyməyə başlayıb. Nəticədə hər iki şəxs ölüb.  Eyni zamanda kişi evdə axtarış aparıb. Polis binanın içərisində səpələnmiş əşyalar və cırılmış sənədlər tapıb.
Ertəsi gün ailənin tanışlarından biri həyəcan təbili çalıb. O, cütlüyün ünsiyyət qurmamasından narahat olub və polisə müraciət edib. 

Münaqişənin niyə yarandığı və qatilin kim olduğu hələ də aydın deyil. İlkin versiyaya görə, bu, Ruslan adlı şəxsdir. İndi onu tapmağa çalışırlar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin